Forum haqqında ümumi məlumat

21-23 iyul 2023-cü il tarixlərində 50 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsinin iştirakı ilə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forum keçirilmişdir.

Forum çərçivəsində dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri tərəfindən media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə edilib, dövrün yeni inkişaf mərhələsi olan “Sənaye 4.0”-ın media ilə əlaqəli gündəmə gətirdiyi bir çox yeni anlayışlar və müasir media üçün ehtiva etdiyi çağırışlar ətrafında təcrübə mübadiləsi aparılıb. Eyni zamanda, üç gün müddətində Forum iştirakçıları üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbir, fotoqraf və televiziya jurnalistləri üçün təlimlər təşkil edilib, Forum gedişində çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.

I Şuşa Global Media Forum rəqəmlərdə
0
Media subyektlərinin sayı
0
İştirakçı sayı
0
Ölkələrin sayı
I Şuşa Global Media Forum mövzuları
Medianın gələcəyi: Ənənəvi media üçün növbəti addımlar Rəqəmsal transformasiya diqqət mərkəzində
Müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması
Yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinformasiya və feyk nyusla mübarizə üsulları)
Jurnalistlərin təhlükəsizliyi