Şuşa Qlobal Media Forum çərçivəsində “ARB 24” telekanalı ilə Qırğızıstan televiziyası arasında memorandum imzalanıb

Susa Qlobal Media Forum cercivesinde “ARB 24” telekanali ile Qirgizistan televiziyasi arasinda memorandum imzalanib

Şuşada keçirilən Qlobal Media Forum çərçivəsində Azərbaycanın “ARB 24” telekanalı ilə Qırğızıstanın “Ala Too 24” telekanalı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədi ARB telekanalının icraçı direktoru Radik İsmayılov və Qırğızıstanın Milli Teleradio Korporasiyasının direktor müavini Ulanbek Satiyev imzalayıblar.

Qeyd edək ki, sənəd gündəlik xəbər mübadiləsini, əməkdaşların qarşılıqlı səfərlərinin təşkilini, birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.