Şuşada Qlobal Media Forum çərçivəsində AZƏRTAC üç xarici informasiya agentliyi ilə müqavilə imzalayıb

Susada Qlobal Media Forum cercivesinde AZERTAC uc xarici informasiya agentliyi ile muqavile imzalayib

Şuşada keçirilən Qlobal Media Forum çərçivəsində iyulun 22-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə üç xarici informasiya agentliyi - Albaniyanın ATA, Bolqarıstanın BTA və Filippinin PNA informasiya agentlikləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, ATA-nın baş direktoru Valbona Zhupa, BTA-nın baş direktoru Kiril Volçev, PNA-nın Xəbər və informasiya bürosu direktorunun müavini Lee Ann Pattugalan imzalayıblar.

Müqavilələr gündəlik xəbər mübadiləsi, əməkdaşların qarşılıqlı səfərlərinin təşkili və birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.